"Pulunuz və əsəbləriniz gedəcək..." - Narazı vətəndaş UYARDI!

Gündəm / Sosial
7 Ekm 2023
10:49
"Pulunuz və əsəbləriniz gedəcək..." - Narazı vətəndaş UYARDI!

"Şikayətim "Push30" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səriyə Əliyeva adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Mobil tətbiqdə göstərilən xidmətlərə pulu aldıqdan sonra "bizlik deyil" deyə bildirirlər... Elə bil dövlət idarəsidir, heç kimin qəbuluna düşmək olmur....

Yeri-yurdları da bəlli deyil. Bu qədər də məsuliyyətsiz işçiləri olan ikinci bir şirkət tanımıram.
"Pulunuz və əsəbləriniz gedəcək..." - Narazı vətəndaş UYARDI!

Menecerləri Fərhan Əliyev ümumiyyətlə əlçatmaz bir varlıqdır. Heç kim onlardan idman paketləri almasın, pulunuz və əsəbləriniz gedəcək..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az