Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü

Gündəm / Cəmiyyət
20 Ara 2025
14:50
Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü


Türkiyənin Kocaeli şəhərində baş verən silahlı hücum nəticəsində ağır yaralanan “Sultanbəyli Belediyespor”un futbolçusu Uğurcan Bekçi dünyasını dəyişib.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, dekabrın 17-də iki qrup arasında borc mübahisəsi zəminində baş verən hadisə zamanı U.Bekçi qasıq nahiyəsindən yaralanaraq ciddi qan itirmişdi.

Xatırladaq ki, “Sultanbəyli Belediyespor”da çıxış etmiş U. Bekçi karyerası ərzində “Kocaelispor”, “Kağıtspor”, “Körfez Spor Kulübü”, “Belediye Derincespor”, “24 Erzincanspor” və “Ankara Keçiörengücü” kimi klubların şərəfini qorumuşdu.