Sabah bu ərazilərdə qaz olmayacaq

Gündəm / Cəmiyyət
5 Ock 2026
19:35
Sabah bu ərazilərdə qaz olmayacaq

Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 06.01.2026-ci il saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.