Kürdəxanı Sağlamlıq Mərkəzində işçilərin davamiyyət məsələsi... - İcazə verin, şübhələnək...
Redaksiyamıza daxil olan məlumatlar paytaxtın tibb müəssisələrindən biri – Kürdəxanı Sağlamlıq Mərkəzində ciddi suallar doğuran vəziyyətin yarandığını göstərir. Məlumatda bildirilir ki, bu müəssisədə aylardır tətbiq edilən üz tanıma sistemi (Face Control) işləmir və bu problem aradan qaldırılmadan qalır. Ən narahatedici məqam isə odur ki, mərkəzin baş həkimi Ceyran Əhmədovanın bu vəziyyətdən xəbərdar olduğu bildirilir. Lakin iddialara görə, sistemin bərpası istiqamətində real addımlar atılmır.
Üz tanıma sistemi tibb müəssisələrində işə davamiyyətin şəffaf şəkildə izlənməsi üçün tətbiq olunur. Mediatvaz.com bildirir ki,Üz tanıma sistemi əmək intizamına nəzarətin əsas alətlərindən biridir. O yoxdursa, deməli, işə gəlməyən də var, amma maaş alan da. Bu vəziyyətin kimlərə sərf etdiyi isə artıq təxmin deyil, açıq şübhə doğuran faktdır. Məlumatlarda daha bir diqqətçəkən məqam – bu vəziyyətin aylarla davam etməsi və müəyyən şəxslərə sərf etməsi ilə bağlı iddialardır. Əgər sistem qəsdən işlək vəziyyətə gətirilmirsə, bu artıq texniki problem deyil, idarəetmə və məsuliyyət problemidir.Daha da ciddi məqam isə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirovun mövqeyidir. İddialara görə, o da vəziyyətdən xəbərdardır. Amma ortada nə tədbir var, nə də reaksiya. Bu artıq susmaq deyil – bu, baş verənlərə göz yummaqdır. Ortaya çox ağır suallar çıxır,dövlət müəssisəsində nəzarət sistemi niyə aylarla işləmir,bu vəziyyət kimlərin maraqlarına xidmət edir,niyə məsul şəxslər hərəkətsizdir? Və ən əsası – Elçin Əmirov niyə susur? Əgər bir səhiyyə müəssisəsində nəzarət mexanizmi aylardır işləmirsə,yaxud da qəsdən sıradan çıxarılırsa və buna yuxarı instansiyalar reaksiya vermirsə, bu artıq sistemli problem, hətta idarə olunan xaos deməkdir.Səhiyyədə məsuliyyətsizlik birbaşa insan həyatı ilə oynamaqdır. Belə bir sahədə nəzarətsizlik isə yolverilməzdir. Aidiyyəti qurumlar bu iddialara aydınlıq gətirməli, əgər problem doğrudursa, məsul şəxslər barədə ölçü götürülməlidir. Çünki sual açıq qalır: bu susqunluq təsadüfdür, yoxsa maraqların nəticəsi?
Mediatvaz.com