Maliyyə Nazirliyinin ötən ilin sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) apardığı dolayı monitorinqlərə son verilib. Aparılan yoxlamalarda ortaya külli miqdarsa dövlət vəsaitlərinin mənimsənilməsi barədə faktlarının üzə çıxdığı iddia olunur.
Mətbuatda təkzib olunmayan məlimatlara görə AAYDA-nın keçmiş sədri Saleh Məmmədov və komandası ümumilikdə 1 milyard dollara yaxın pul mənimsəyiblər.
XALQ xəbər verir ki, Maliyyə Nazirliyinin yoxlamasından sonra AAYDA sədri Vüsal Nəsirlinin göstərişi ilə qurumun idarələrində yeni yoxlamalara start verilib. Bu yoxlamalardan sonra AAYDA kadr islahatına başlanılacağı və uzun müddətdən bəri qurumda idarə rəisi kimi işləyən və adıları korrupsiyada hallanan məmurların işdən çıxarılacağı gözlənilir.
Artıq bu gün AAYDA- islahatlara start verildi. Belə ki, sədr Vüsal Nəsirlinin göstərişi qurumun iki idarə müdiri vəzifəsi ilə vidalaşdı.
Məlumata görə AAYDA-nın sədrinin islahata narahat olan məmurlardan biri də 43 saylı Yol İstismar İdarəsinin rəisi İlham Əzimovdur.
Bu həmin İlham Əzimovdur ki, onun adı ölkə mətbuatında davamlı olaraq oliqarx məmur kimi keçir. Övladlarından tutmuş kürəkəninə kimi hamısına yaxşı şərait quran İlham Əzimov keçmiş sədr Saleh Məmmədovun komandasının üzvü kimi tanınır.
Belə ki, Tərtər rayonundan olan Saleh Məmmədovla İlham Əzimovu keçmiş tellər bağlayır. Daim Saleh Məmmədovla münasibətlərini isti saxlayan İlham Əzimov məhz buna görə 43 saylı Yol İstismar İdarəsininşəxsi obyekti kimk idarə edirdi. Bərdədə hər kəs bilir ki, 43 saylı YİS-nin avtomobill və texnikaları İlham Əzimov tərəfindən icarəyə verilib.
Bundan başqa İlham Əzimovun Bərdə rayonunda hektarlarla torpaq sahələrinin, övladının maşın kolleksiyası, ferması, dəbdəbəli tikdirdiyi malikanəsi olduğu bildirilir. 43 saylı Yol İstismar İdarəsi rəisinin dövlət hesabına rayonda icra nümayəndəsi işləyən qudasına da geniş imkanlar yaratdığı məlumatlar içindədir. Həmçinin, İlham Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı da bildirilir.
Məlumata görə İ. Əzimov Saleh Məmmədovun dövründə 43 saylı Yol İstismar İdarəsini xeyli sayda işçisinin əmək haqqı kartını özünə götürərək,hər ay dövlətin külli mqidarda vəsaitini mənimsəyib.
Qeyd edilir ki, bu gün Bərdə rayonunda 43 saylı Yol İstismar İdarəsinin balansına düşən avtomobil yollarının əksəriyyəti bərbad gündədir. Vətəndaşların bərbad yollarla bağlı şikayətlərinə isə İlham Əzimov “vəsait ayrılacağı və yolların düzələcəyi” vədini verməklə illəri yola verib.
Məlumata görə, AAYDA rəhbərliyinə Vüsal Nəsirli sədr təyin edildikdən sonra İlham Əzimov əl-ayağa düşüb. Belə ki, İ.Əzimovun 43 saylı Yol İstismar İdarəsinin balansında olan bəzi kənd yollarına qrabil tökdürdüyü deyilir.
Xalq.online