“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb

Gündəm / Sosial
1 Ekm 2026
15:17
“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb

Bakı şəhər sakini Nihat Eyvazov, həyat yoldaşı və 2 yaşlı oğlu Namid Eyvazov özünü "loqoped-psixoloq" kimi təqdim edən Türkan Mehdizadə tərəfindən fiziki zorakılığa məruz qalıb

Poliqon xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş Nihat Eyvazovun müraciəti yayımlanıb.

Şikayətçi Nahid Eyvazov bildirir ki, Türkan Mehdizadənin video çıxışlarını Tik-tok sosial şəbəkəsində görüb və əlaqə yaradıblar. Özünü loqoped-psixoloq kimi təqdim edən T.Mehdizadə N. Eyvazovu və ailəsini Yasamal rayonu Zahid Xəlilov küçəsi 128 (Bakı Dövlət Universiteti ilə üzbəüz) ünvanında yerləşən Elite city yaşayış binasının 17-ci mərtəbəsində qəbul edib.

N. Eyvazov bildirir ki, Türkan Mehdizadə ilə yaranmış davanın səbəbi, yanında fizioterapevt kimi təqdim etdiyi anasının uşağıma qışqırması və “ağırdı götürə bilmirəm” sözünə etiraz etdiyimə görə baş verib. İlk əvvəl Mehdizadənin anası N.Eyvazovu və yoldaşını təhqir edib, daha sonra söhbətə qoşulan “loqoped- psixoloq” Türkan vətəndaşa fiziki zorakılıqlar etməyə başlayıb. Şikayətçi qeyd edir ki, Türkan Mehdizadə ilə anası onun üzünü çırmaqlayıb, həyat yoldaşını vurub və 2 yaşlı övladına xəsarət yetirib.

Nahid Eyvazov özünə və ailəsinə edilən zorakılıqla bağlı hüquq mühafizə orqanlarına rəsmi şikayət edib. Hazırda özünü "loqoped - psoxoloq" kimi təqdim edən Türkan Mehdizadəyə cinayət işinin açıldığı bildirilir. (Poliqon)