Qəbələdə Qaraçay "qara günə" qalıb - GİLEY

Gündəm / Sosial
11 Kas 2026
18:44
Qəbələdə Qaraçay "qara günə" qalıb - GİLEY

Qəbələ şəhərin 20 yanvar küçəsinin yaxınlığından keçən çayın məişət tullantıları ilə çirkləndirilməsi ərazidə antisanitar vəziyyət yaradıb.

Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər.
Qəbələdə Qaraçay "qara günə" qalıb - GİLEY

Onların sözlərinə görə, Qaraçayın həm məcrası, həm də sahilboyu ərazilər məişət tullantıları ilə dolub. Sakinlər bildirirlər ki, ərazidə antisanitar vəziyyət hökm sürür. İddia olunur ki, bəzi tullantılar məqsədyönlü bura atılır.

Vətəndaşlar aidiyyəti qurumları məsələyə müdaxilə etməyə, çayın və ətraf ərazinin təmizlənməsini təmin etməyə, əməli törədənlərə qarşı tədbir görməyə çağırıblar.(Shimal.News)