Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət
16 May 2022
14:10
Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR


Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxslərinin adından sui-istifadə edərək dələduzluq etməkdə ittiham olunan Davidin cinayət işinə baxılıb.

Korrupsiyaxeber.info demokrat.az-a istinadla xəbər verir ki, David aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz şəxsin vasitəsi ilə 2016-cı ilin may ayının əvvəllərində özünə müraciət edən Qusar rayonu Hil kənd sakini Maliddinin oğlu Zaura Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən dost-tanışları, cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, onun oğlunu Fövqəladə Hallar Nazirliyinin Şimal zonasında yerləşən regional idarəsinin şöbələrindən birinə öz tanışları vasitəsi ilə işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib.

Bu məsələnin müsbət həlli üçün həmin nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar 6.050 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini istəyib. O, həmin pulu alaraq mənimsəyib.

Bundan başqa, FHN-in generallarından birinə rüşvət verəmklə iş düəzəldəcəyi adı ilə aldadaraq, daha bir nəfərdən 8 min manat alıb.

İstintaq orqanı tərəfindən Davidin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli midqrda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən David ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı ilin may ayın əvvəllərində tanışı vasitəsi ilə Qusar şəhərində onun dostu Zaurla tanış olub: “Həmin vaxt Kamran dostu Maluddinin oğlu Zaur üçün iş tapmaq lazım olduğunu dedi. Köməklik etməyimi xahiş etdi. Özüm də Kamrana əlaqələrimin böyük olduğunu, onun dostu Maluddinin oğlu Zauru Fövqəladə Hallar Nazirliyinə işə düzəltdirə biləcəyimi, bunun üçün pul lazım olacağını bildirdim. Bu zaman Kamran Zauru işə düzəltmək üçün nə qədər pul lazım olduğunu soruşdu. Ona nazirlikdə yüksək vəzifələrdə işləyən dost-tanışlarım vasitəsi ilə həmin nazirliyin xidmətində işə düzəltmək üçün 6050 manata yaxın pul lazım olacağını dedim. Maluddin də mənimlə razılaşdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 13 may 2016-cı ildə Maluddin onun mobil telefon nömrəsinə zəng edib və pulu hazırladığını deyib: “Məni görüşmək üçün Qusar şəhərinə dəvət etdi. Qusar şəhərinə gedərək Maluddinlə görüşdüm. Kamranla birgə gələn Maluddinin mənə 6050 manat məbləğdə pul verdi. Maliddinə bir daha oğlunu işə düzəldəcəyimə söz verdim. Təxminən 1 həftə sonra Maluddin oğlu Zaurun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, tibbi arayışı və digər sənədlərini hazırlayaraq verdi. Maluddinə sənədləri poçt vasitəsi ilə FHN-nə göndərəcəyimə söz verdim. Maluddindən aldığım 6050 manat məbləğində pulu öz ehtiyaclarım üçün xərclədim”.

Davidin bildridiyinə görə, təxminən 2017-ci ilin avqust-sentyabr aylarında Zauru Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən inzibati binasına aparıb və orada işləyən bir şəxslə görüşdürüb: “Otağa qəbul olarkən də yanında olan şəxsin qohumu olduğunu, onunla görüşüb, kənddə olan şəxsi işlərlə bağlı söhbət etmək istədiyimi bildirdim. Zauru ora aparmaqda məqsədim ona və atası Maluddinə onların işi ilə məşğul olduğumu yalandan göstərmək, həmçinin Maluddinin verdiyi pulu xərclədiyim üçün pulu qaytarmaq üçün vaxtı uzatmaq olub. 2017-ci ilin axırlarında Maluddin məndən pulunu geri qaytarmasını istədi”.

David qeyd edib ki, 2018-ci ildə Maluddinlə iki dəfə görüşüb: “Hər dəfə 1000 manat olmaqla, cəmi 2000 manat məbləğdə pulu dostum Kamranın yanında qaytarmışam. Bundan sonra, Maluddinə qalıq olan 4050 manat pulu qaytara bilmədim, o da şikayət etdim. 26 mart 2021-ci ildə qohumum Maluddinə 2000 manat qaytarıb, 2050 manat məbləğdə pul isə qalıb”.

David bildirib ki, 2019-cu ilin sentyabr ayının ortalarında tanışı, Qusar rayon Yeni Həyat kənd məktəbinin direktoru vəzifəsində işləyən tanışı vasitəsi ilə onun həmkəndlisi Şeyda ilə tanış olub: “Məndən həmkəndlisi Şeydanın oğlu üçün iş tapmaqda köməklik etməsini xahiş etdiyinə görə ona kömək edəcəyimi bildirdim. Daha sonra Şeyda ilə özüm görüşdüm. Oğlu Mətləbi işə düzəltməyimi xahiş etdi. Fövqəladə Hallar Nazirliyində yüksək rütbəli tanışlarımın olduğunu və onun oğlu Mətləbi bu tanışlarım vasitəsi ilə həmin nazirliyin Qusar rayon hissəsində işə düzəltdirə biləcəyimi dedim. Şeyda məndən oğlu Mətləbi ora işə düzəltdirmək üçün nə qədər pulun lazım olduğunu soruşdu. Bu iş üçün 8000 manat lazım olacağını bildirdim. Şeyda evində 4000 manat pul olduğunu dedi. Həmin pulu gün ərzində çatdırmasını tapşırdım. Həmçinin FHN-nin generallarından birinin həmin vaxt Xaçmaz şəhərinə gəldiyindən onunla görüşməyə gedəcəyimi, onun oğlunun işini düzəltmək üçün aldığım pulu da həmin generala verəcəyimi yalandan bildirdim. Həmin pulu gün ərzində poçt vasitəsi ilə çatdırmasını, qalıq olan pulu isə bir neçə gün ərzində hazırlamasını tapşırdım. Şeydada öz razılığını verdi. 17 sentyabr 2019-cu ildə Şeyda poçt vasitəsi ilə mənə 4000 manat göndərdi. Quba poçt filialından həmin pulu götürdüm”.

Təqsirləndirilən şəxsin sözlrinə görə, bundan bir neçə gün sonra Şeydaya zəng edib, Mətləbin işi üçün 2000 manat pulun Fövqəladə Hallar Nazirliyinin Kadrlar Şöbəsinə vermək üçün lazım olduğunu bildirib: “Növbəti gün Şeyda pulu mənə Quba-Qusar marşrutu üzrə sürücü işləyən, “Ənibala” adı ilə çağırılan Ədilxan vasitəsi ilə çatdırdı. Mən də pulu götürdüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ilin sentyabr ayının axırlarında Şeydaya təkrar zəng edib, oğlu Mətləbin işi üçün qalıq olan 2000 manat pulu da verməsini tələb edib: “Növbəti gün Şeyda mənimlə görüşərək həmin 2000 manatı verdi. Təxminən 1 həftə sonra Şeyda oğlu Mətləblə birlikdə Qusar şəhərinə gəldi. Şeyda oğlu Mətləbin hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini, tərcümeyi halını və digər sənədlərini verdi. Şeydadan aldığım ümumilikdə 8000 manat pulu öz ehtiyyaclarım üçün xərclədim. Mətləbin işini isə düzəltmədim”.

David bildirib ki, 2020-ci ilin təxminən mart ayında Şeydanın oğlu Mətləbi özü ilə birlikdə Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən inzibati binasına aparıb: “Orada işləyən şəxslə görüşdürüb. Otağa qəbul olarkən də yanında olan şəxsin qohumu olduğunu, onunla görüşüb, kənddə olan şəxsi işlərlə bağlı söhbət etmək istədiyimi bildirdim. Mətləbi Bakı şəhərinə aparmaqda məqsədim ona və atası Şeydaya onların işi ilə məşğul olduğumu yalandan göstərmək, həmçinin Şeydanın verdiyi pulu xərclədiyim üçün pulu qaytarmaq üçün vaxtı uzatmaq olub”.

Təqsirləndirilən şəxs deyib ki, 2020-ci ilin oktyabr ayının axırlarında Şeyda ondan pulunu geri istəyib: “2020-ci ilin dekabr ayında Şeyda, onun oğlu Mətləb və arvadı Lalə ilə görüşərək onlara pullarının qaytarılacağıma söz verdim. Lakin pulu qaytara bilmədiyim üçün Şeyda barəmdə şikayət etdi”.

David 6 il müddətinə azadlıqdan məhrum edilib.