Bakıdan Naxçıvan polisinə MÜDAXİLƏ OLMALIDIR... - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət
4 Tem 2022
10:51
Bakıdan Naxçıvan polisinə MÜDAXİLƏ OLMALIDIR... - İLGİNC İDDİALAR...


Naxçıvanda “xan” rejiminin qanunsuz əmrlərinə boyun əyib yerli əhaliyə divan tutmaq istəməyən vicdanlı polis zabitləri Muxtar Respublikanın daxili işlər orqanlarındakı vəzifələrindən istefa etməyə çalışırlar. Naxçıvan MR DİN onların bu təşəbbüsünü də boğur. Polis orqanlarından yalnız “ləkələnərək” çıxa biləcəkləri ilə narazı zabitlərin diqqətinə çatdırıb onları bu addımı atmaqdan çəkindirirlər. Məqsəd isə çox sadədir: polislərin gözlənilən kütləvi istefalarının qarşısını almaq. Vəzifələrindən “işə yararsız” maddəsi ilə uzaqlaşdırılan polislərin Azərbaycanın başqa rayonlarında özlərinə iş tapmaq ehtimalı olmadığından onlar “xanlıq” rejiminin bütüm cəfalarına sinə gərməyə və verilən qanunsuz əmrləri yerinə yetirməyə məcbur edilirlər. DİA.AZ xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, “xan” rejiminin bütün basqılarına rəğmən Muxtar Respublikada onlarla polis əməkdaşı istefa ərizəsi yazıb işə gəlməkdən imtina edirlər. Onların arasında 25-30 nəfər polis zabiti də var.

Həmin “asi” polis zabitlərindən bəzilərinin siyahısı:

1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);

2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);

3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;

4. Həmin bölmənin sahə inspektorları İbrahim Abdullayev;

5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;

6. Culfa rayon polis idarəsindən baş leytenant Şirzad,

7. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub;

8. Şərur rayon polis idarəsindən Çərkəz adlı polis zabiti (familiyasını dəqiqləşdirə bilmədik);

9. Naxçıvan MR DİN-nin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahin Qasımov.

Digərlərinin adı və soyadı dəqiqləşdirilir.

Məlumata görə, Ovqat.com Naxçıvanın polis orqanlarının əməkdaşlarının işdən çıxmasına süni əngəllərin yaradılması və onların ləkələnərək öz vəzifələrindən qovulmaqla təhdid olunması barədə xəbərləri ictimailəşdirdikdən sonra MR DİN bəzi “geri addmlar” atıb. MR DİN-nin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahin Qasımov işə çağırılaraq istefa ərizəsi qəbul olunub. Biz Şahin Qasımovun qanuna uyğun şəkildə işdən çıxarıldığı ictimailəşdirdikdən və bu addıma görə Muxtar Respublika rəhbərliyinə təşəkkürümüzü bildirdikdən sonra “xanlıq” yetkililəri yenidən əvvəlki amplualarına qayıdıb. Dünən Şərur rayonu polis idarəsinin zabiti Çərkəz adlı şəxs də işdən xaric olunub. Amma təbii ki, ənənəvi qaydada. Onun şəxsi işinə polis xidmətinə yararsızlıq maddəsi yazaraq vəzifəsindən uzaqlaşdırıblar. Bir çox polis məmurları öz həmkarlarının cəzalandırılmasını bizim Naxçıvan hakimiyyətinə təşəkkürümüzdən qaynaqlandığını düşünürlər. Onların fikrincə, polis zabiti ona görə cəzalanıb ki, digərləri bundan ibrət dərsi çıxarsın və medianın Naxçıvan idarəetməsinə təsir göstərmədiyi qənaəti möhkəmlənsin.