“Messenat” Holdingin Sirr Pərdəsi Cəfər Vəliyev … – Tofiq İsayev Şirkəti Necə Ələ Keçirib ?

Gündəm / Cəmiyyət
12 Ağu 2022
10:52
“Messenat” Holdingin Sirr Pərdəsi Cəfər Vəliyev … – Tofiq İsayev Şirkəti Necə Ələ Keçirib ?


İranlı Kusedgi Faradoun Heydaralı ilə Hacı Tofiqin işbirliyi..

Haqqında bəhs edəcəyimiz “Messenat” Holding Şirkətlər qrupu ilə bağlı bir məsələni xüsusi olaraq qeyd edək.
Belə ki, axtarış sistemində bu şirkətin ilk sahibi barədə heç nə yazılmır, bircə yerdə yazılır ki, Cəfər Vəliyev az müddət şirkətə rəhbərlik edib. Amma…
Əmması odur ki, Cəfər Vəliyev nə az, nə çox 2006-2012-ci illərdə şirkətin 1-ci prezidenti və əsl sahibi olub.
Kimdir Cəfər Vəliyev ?
Cəfər Vəliyev Azərbaycan SSR daxili işlər naziri (1978–1987), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (1992–2000) olub, general-leytenantdır, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.
İndi bəlli oldumu ki, bu qalmaqallı şirkətin keçmişi kiminlə bağlıdır.
Ümumiyyətlə, bu şirkətin üzərində xeyli SİRR PƏRDƏSİ var. Bu barədə növbəti yazılarda bəhs edəcəyik.
2006-cı ildə fəaliyyətə başlayan Messenat Holding şirkətlər qrupu MMC müxtəlif sənaye, xidmət, ticarət, kənd təsərrüfatı və s. şirkətləri birləşdirir.
MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə – “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC,
“İmişli Dəmir Beton” ASC,
“Muğan Su Elektrik Stansiyası” ASC,
“Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC,
“Titanik” MMC,
“Mühafizəçi” MMC,
“Marka LTD” MMC,
“Viləş-A.A” MMC,
“Viləş-M.A” MMC,
“Kommunal” MMC,
“Aristokrat-İnşaat” MMC,
“Həbibli-LTD” MMC,
“GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, restoran, mehmanxanalar və “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.
Hazırda şirkətin qanuni təmsilçisi İsayev İsmayıl Avdlbarı oğludur. Əslində isə şirkət “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevə məxsusdur.
Dəfələrlə Vergi Xidməti vergi borcuna görə, şirkəti məhkəməyə verib.
Görəsən milyonlarla gəliri olan bu şirkətin rəhbəri Tofiq İsayev nə üçün dövətin vergisini ödəmir..?
Tofiq İsayevlə bağlı mediada rast gəldiyimiz bir xəbər isə bizi sözün həqiqi mənasında sarsıtdı.

Şəhid atası yazır ki, “Messenat-Holdinq”in prezidenti Tofiq İsayevin məni altı ay get-gələ salması, yalan danışması, nə hacılığa, nə də tutduğu mövqeyə yaraşan hal deyil. O mənə ev verəcəyini demişdi, amma sözünə əməl etmədi. Hətta 13 (on üç) min manat pul təklif etdik ki, bizə tikdiyi binalardan bir otaq versin. O, bizi altı ay aldatdı. Hətta onunla görüşmək üçün dəfələrlə ofisinə getdim, yüzlərlə dəfə telefonla danışdıq. Sonuncu dəfə onun verdiyi cavab məni dəhşətə gətirdi: “Dövlət bizə şəhid ailəsinə ev verilməsinə icazə vermir!”
Axı, dövlət sənə münbit şərait yaradıb, cənab Hacı Tofiq..
Hacı Tofiq İsayev İmişlidə Heydər Əliyevin adına olan parkı özəlləşdirib. Belə demək olarsa, park 2010-cu ildən onun özəl mülkiyyətdədir. Gənclər Mərkəzi adı ilə parkda şadlıq sarayı, iki restoran, çayxana tikib, otel isə yarımçıq qalıb.
İmişli rayon sakinləri isə bir müddət əvvəl yuxarılara müraciət edərək rayonun iş adamı tərəfindən özəlləşdirildiyini vurğulayıblar: “Tofiq İsayevin İmişlidə mülkləri, gölləri, restoranı, daş karxanaları var. Bir sözlə, rayonun idarə edilməsində bu adamın rolu böyükdür. İmişlidə aparılan tikinti işləri Tofiq İsayevin tam nəzarəti altındadır. Onu daha çox “Titanik Tofiq” kimi tanıyırlar. Hazırda rayonun əsas nəqliyyat yollarının bərbad olmasının səbəbkarı da bu adamdır. İmişli-Bəhrəmtəpə yolu tamamilə sıradan çıxıb. Eləcə də, İmişli-Biləsuvar yolu. Tofiq İsayev Bəhrəmtəpə qəsəbəsi, Araz çayı sahili ilə qum-çınqıl daşıyır, “Kamaz”lar özünün, karxanalar özünün. İmişlinin sərvətini daşıması azmış kimi, insanların yolunu da dağıdır. Bu holdinq hətta rayonda yerləşən su elektrik stansiyasını da özəlləşdirib. Tofiq İsayev rayonun keçmiş icra başçısı, həbsdə olan Vilyam Hacıyevlə şərik olub.
Mətbuatın yazdığına görə, İmişlidəki bələdiyyə sədrlərinin çoxu Tofiq İsayevin adamlarıdır.
İş adamı Tofiq İsayev təkcə ticarət fəaliyyəti ilə məşğul olsaydı dərd yarı idi. Bu adamın radikal dini cərəyanlarla əlaqələri, şübhəli iş birliyi xeyli suallar doğurur.
Tofiq İsayevin İmişli rayonunda böyük məscidi var. Məscidə əsasən İrandan mollaların gəldiyi qeyd edilir. Mətbuatda zaman-zaman “Messenat Holdinq”in İran şirkətləri ilə əlaqəsindən də söz açılıb. Yazılanlara inansaq, ölkəmizdə xeyli vaxtdır fəaliyyət göstərən holdinqin əsas maliyyə mənbəyi 2001-2002-ci illərdə İran İslam Respublikasının ölkəmizdəki səfirliyində iqtisadiyyat şöbəsinin rəisi işləmiş Kusedgi Faradoun Heydaralıdır: “Bu faktın özü bir çox mətləblərdən xəbər verir. “İRAN KHODRA DİESEL” CO şirkətinin Azərbaycan filialının rəhbəri olan Kusedgi Faradoun Heydaralı ilə azərbaycanlı iş adamı Tofiq İsayevin xeyli sayda ortaq mülklərinin olduğu söylənilir. Faradoun Heydaralı Azərbaycandakı İran səfirliyində xidmət müddəti başa çatmamış diplomatik fəaliyyətdən qovulmuşdu. Onun yenidən Azərbaycana qayıtmasında Tofiq İsayevin xüsusi rolu olub. Tofiq İsayevin Şamaxıdakı dəyəri 1.5 milyon dollar olan villası, İmişlidəki mülkü, gölləri, restoranları məhz İranlı keçmiş diplomatla şərikli biznesin sayəsindədir. İran vətəndaşı olan Səid Tütünçüyə məxsus “Qələbə” kinoteatrı yaxınlığında dəyəri 1 milyonluq torpaq sahəsi də Tofiq İsayev tərəfindən ələ keçirilib. Bakıda və rayonlarda radikal və İranpərəst dini qruplaşmaların formalaşmasında mühüm rol oynayan Faradoun Kuseqdı Heydaralı Tofiq İsayevlə birlikdə tikinti sektorunda geniş fəaliyyət göstərib. Deyilənə görə Bakının Nərimanov, Binəqədi və digər rayonlarında bina tikintisi ilə məşğul olan iş adamı həm də Faradoun Kuseqdı Heydaralının bəzi planlarının əsas icraçılarından birinə çevrilib, xüsusilə İmişli rayonunda bəzi şəxslərin aktivləşməsində mühüm rol oynayıb”.
Gələn saylarımızda Hacı Tofiq İsayevin AXCP sədri Əli Kərimli və keçmiş spiker Rəsul Quliyevlə münasibətləri haqda yazacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Gundelik Bakı.com//