Təhsil naziri və onun kadrı İTTİHAM OLUNUR - Əməkdar müəllim Prezidentdən KÖMƏK İSTƏDİ

Gündəm / Cəmiyyət
21 Eyl 2022
13:22
Təhsil naziri və onun kadrı İTTİHAM OLUNUR - Əməkdar müəllim Prezidentdən KÖMƏK İSTƏDİ


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Surəti:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab
Kamran Əliyevə

Surəti:
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
cənab Əli Nağıyevə

Çox hörmətli Prezident!
Bununla yazıb sizə bildirirəm ki, artıq mən şokdayam, dəhşətə gəlirəm. Onu bilirəm ki,adamda abır-həya, mərifət, qanacaq ən vacib məsələlərdən biridir. Bu gün Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin Dövlət və Dövlətçilik baxımından onun mövqeyini başa düşə bilmirəm. Bu adam kimə və nəyə xidmət edir. Bir onu bilirəm ki, bu adam öz danışıqlarına və hərəkətlərinə cavabdeh deyil. Bu minvalla mən 2 ildir yazıram ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri SOROS-a xidmət edən, qatı SOROS-çu, kənd təsərrüfatı mütəxəssisi, əsgəri xidmətdə olmayan, təhsili, məktəbi ümumiyyətlə dərk etməyən Anar Qədiməliyevin sifarişi əsasında 2 əməkdar müəllimi məni və Valeh müəllimi 65 yaşı bəhanə edib, heç bir əsas olmadan işimizə qərəzçiliklə xitam verdilər. Lakin 3-cü məktəb direktoru 68 yaşında bu günə qədər 7 dəfə müqavilə bağlayıb saxlayırlar, üstəlik ölkədə 500-ə yaxın 75,80,85 yaşlı adi məktəb direktorlarını rüşvət alıb saxlayırlar. Maraqlıdır ki, mən nazirlə görüşəndə o, Anar Qədiməliyevə kişi kimi göstəriş verdi ki, “Anar bu dəfə Bəhram İmranovu da işdən çıxardırsan.” Amma yenə də onu işdə saxlayıb müqavilə bağladı. İndi belə nazirə nə ad vermək olar, öz verdiyi sözə əməl etmədi. Bəhram İmranov isə məktəbin müəllimi Gülzalə Şükürovanın şikayəti bütün Azərbaycanı başına götürüb. Ancaq onun da haqlı tələbinə baxan yoxdur. Bir nazir ki, jurnalistə müsahibəsində deyə ki, 13 yaşlı qız uşağı 6-cı sinif şagirdi 9 ay məktəbə gəlmədiyi təqdirdə hamilə-hamilə dərsə gələ bilərdi. Burada nə var ki? Məktəb direktoru buna nə etsin? Bu iş hüquq-mühafizə orqanlarının işidir. Bu nazirdən Azərbaycan xalqı, təhsil işçiləri necə nümunə götürsün? Bu nazir elementar pedaqoji prinsipləri, pedaqoji qaydaları bilmir. Hələ utanmaz-utanmaz özü bilmədiyi halda müəllimləri sertfikasiya elətdirib, imtahan götürdür. Bu yaxınlarda bilmişəm ki, bu özüdə SOROS-un adamıdır. Az.politika.info saytında qeyd edilir ki, bunun da xaricdə kurs keçməsini SOROS təşkil edib. Elə ona görə də, öz yaxın dostu qatı SOROS-çu təhsildən bixəbər Anar Qədiməliyevin də cinayətlərinə göz yumur. Artıq 3 aydır ki, Anar Qədiməliyev Gəncədə 2 tanınmış, qabaqcıl məktəb direktorları 1 və 44 nömrəli məktəbin alicənab rəhbərlərini Mətanət və Knyaz müəllimi özünü öldürmə dərəcəsinə çatdırıb. Bu barədə Göygöl və Gəncə şəhər Prokurorluğunda ciddi araşdırmalar aparılır. Amma buna baxmayaraq Anar Qədiməliyev özünə o qədər arxayındır ki, özü və özünə yaxın işçiləri, Ayşə Kazımova və Sadiq Babayev idarədə çəkinmədən hamıya deyirlər ki, “boş şeydir Prokurorluq biz deyəni deyəcək, əksinə bu il 1 və 44 nömrəli məktəblər üçün ağır olacaq.” Bu qaydada hamıya hədə-qorxu gəlirlər. Necə ki, Emin Əmrullayev mənə dedi ki, “mən heçkimdən, hətta Prezidentdən də qorxmuram.” Eyni sözləri Anar Qədiməliyev Gəncədə hamıya deyir. Ona görə də Anar Qədimliyev Gəncə və Gəncəbasar təhsilini öz qanunları ilə idarə edir. Demək olar ki, təhsili özəlləşdirib. O cümlədən, bir sinif yoldaşını hansı ki, şəhərdə məişət pozğunu kimi tanınan Elnur Qasımovu əvvəlcə direktor, indi isə Göygöl rayonuna sektor müdiri qoydurub. Digər sinif yoldaşı, bank işçisi Elnuru təhsildə təchizata müdir qoydurub. Başqa bir dostu ixtisasca mexanizator Elmir Cəfərovu Daşkəsən rayonuna sektor müdiri qoydurub. Bir başqa Xəyal adlı dostunu rayonda maşın alverçisi kimi tanınan bu şəxsi Goranboy rayonuna sektor müdiri qoydurub. Bir başqa dostu yenə bank işçisi Rövşən adında birini özünə müavin təyin edib. Bir sözlə Gəncə Regional Təhsil İdarəsi əslində Gəncə Bank İdarəsidir. Indi bu adamlar necə təhsil düzəldə bilər? Bunlar əsl müəllimlərin mən və Valeh müəllim kimi ömrünü, gününü, canını təhsilə qoyan işçilərin işlərini dəyərləndirə bilərmi? Ona görə biz bunlara maneəçilik törətməyək deyə bizi dərhal vəzifəmizdən uzaqlaşdırdılar. Amma Bəhram İmranov başda olmaqla 3 nəfər direktorla da 2-ci dəfədir ki, müqavilə bağlayırlar.
Cənab Prezident, yazıqdır bu millət! Yazıqdır bu xalq! Yazıqdır bu təhsil! Təhsili bilə-bilə bu günə salmaq olmaz. Dövlətə və dövlərçiliyə Emin Əmrullayev kimi və onun əlaltısı Anar Qədiməliyev kimi xəyanət etmək olmaz. Mənə təəccüb gələn odur ki, bu 2 ildə 1 nəfər ağıllı məmur nə Prezident Aparatında, nə Nazirlər Kabinetində, nə Milli Təhlükəsizlik Xidmətində yoxdur ki, məni dəvət edə, bir ağsaqqal,Heydər Əliyevə bir sədaqətli oğul kimi, məni ürəkdən dinləyə və yazdığım həqiqətlər barədə tədbir görələr. Mən açıq etiraf edirəm. Anar Qədiməliyev psixoloji durumu yerində olmayan adamdır, bu adam özünü dərk etmir, işlərini ancaq rüşvətlə görürlər. Odur ki, özü təyin etdirdiyi məktəb direktorlarını, o cümlədən 13,30,31 nömrəli məktəblərin qanunsuzluqlarına göz yumurlar. Bu çox ciddi məsələdir. Bu məsələ Kamran Əliyevi də düşündürməlidir. Çünki, Anar Qədiməliyev deyir ki, “mən Kamran Əliyevdən də qorxmuram. Mənim nazirimə heç kimin gücü çatmaz.” Bax bu sözlər və hərəkətlər bizi gələcəkdə ağır faciələrə apara bilər! Tezliklə sizdən müsbət cavab gözləyirəm.
.

Hörmətlə: Həsənov İlham Musa oğlu

Azərbaycan Respublikasının Əməkdar müəllimi,
1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,
“Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı

Əlaqə nömrəsi: 050-333-40-27