XTQ qazisi və onun anasına qarşı başlanmış kampaniyanın arxasında kimlər durur? - BU NƏDİ BELƏ?

Gündəm / Sosial
23 Kas 2022
13:20
XTQ qazisi və onun anasına qarşı başlanmış kampaniyanın arxasında kimlər durur? - BU NƏDİ BELƏ?

Son günlər sosial şəbəkələrdə və elektron media resurslarında Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovanın işdən əsassız olaraq çıxarılması barədə məlumatlar yayılır. Oğlu 44 günlük Vətən Müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində son günə qədər iştirak etmiş bir ananın işindən çıxarılması ictimaiyyət arasında da narazılıqla qarşılanıb. Hamı bir nəfər kimi Elza Cəfərovanın müdafiəsinə qalxıblar. Bakı şəhər Təhsil İdarəsinin bu əsassız qərarına etiraz edən media mənsublarının, vətəndaşların sayı hər gün artır. Lakin son iki gündür gündəmə çevrilmiş bu məsələyə nə Bakı şəhər Təhsil İdarəsinin, nə də Elm və Təhsil nazirliyinin rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Elza Cəfərova artıq 22 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Pirallahı rayonundakı 231 saylı tam orta məktəbdə çalışıb. Heç 40 gün olmaz Elm və Təhsil Naziri Emin Əmrullayev tərəfindən daha əvvəllər işlədiyi 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təsdiqlənib. Lakin məktəbin direktoru Elnur Bayramov tərəfindən şərləndiyini bildirən Elza Cəfərova bunların əslində məktəbin direktor müavini olmuş Humay Paşayeva tərəfindən təşkil olunduğunu söyləyir. Baş verən bu hadisənin səbəblərini açıqlayan Elza xanım bildirir ki, mənim işlədiyim vəzifə 8 il öncə Humay Paşayevaya verilmişdir. Məni onun yerinə, onu isə mənim yerimə qoyaraq yerdəyişmə etmişdilər. Oğlum XTQ döyüşçüsü, Şuşa fatehi olduğu üçün illər sonra bu məsələyə nəzər yetirib məni yenidən ondan üstün vəzifəyə təyin etdilər. Ancaq bu, Humay Paşayevanın xoşuna gəlmədiyinə görə, mənə qarşı qərəzli təbliğata başladı. BŞTİ digər müəllimləri deyil də, Humay xanım və onun ətrafında olan 4-5 xanımın sözlərini üstün tutaraq məni işdən azad etdi. Əsaslı fakt olmadan, cəmi 40 gün təyin olunan yeni işçini rəsmi olaraq töhmət, xəbərdarlıq etmədən işdən azad etdilər.
XTQ qazisi və onun anasına qarşı başlanmış kampaniyanın arxasında kimlər durur? - BU NƏDİ BELƏ?

Elza Cəfərova deyir ki, Humay Paşayeva sözügedən vəzifəyə gəldiyim gündən etibarən “10 min manat pul verərək onu çıxartdıracam” sözlərini ətrafına bildirib. Məni 235 nömrəli məktəbə bir həftə olar təyin etmişdilər ki, yenidən BŞTİ-yə çağıraraq gəldiyim məktəbə qaytarmağı təklif etdilər. Mən bunu qəbul etmədim. Hazırda işə bərpa olunmaq üçün məhkəməyə müraciət etməyə lazım olan sənədləri toplayıram.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin təhsil müəssisəsində baş verənlərə aidiyyatı qurum kimi Bakı şəhər Təhsil İdarəsinin səssiz qalması çox təəccüblüdür. Hələ Elm və Təhsil Nazirliyini demirik. Dövlətin təhsil müəssisəndə fərdlərin hegemonluğuna niyə son qoyulmur? Göründüyü kimi məktəbdə nifaq yaradan elə Bakı şəhər Təhsil İdarəsinin rəsmiləridir. Bakıda, 235 saylı məktəbdə müharibə iştirakçısına, qaziyə və onun anasına qarşı kompaniya başladıblar. Aidiyyatı qurum olaraq Bakı şəhər Təhsil İdarəsi isə susur. Elm və Təhsil Nazirliyi nə üçün 235 nömrəli məktəbdə baş verənləri yerində araşdırmır? Niyə araşdırmırlar ki, kimdir Humay Paşayeva, əli hər yerə çatır, hamı onun tərəfini saxlayır, müəllimlər arasında qruplaşma yaradır, istədiyini edir?

Dövrü mətbuatın yazdığına görə, Humay Paşayeva və onun yoldası Pirallahı rayonunda vaxtılə lombard işlədərək Pirallahı sakinlərindən külli miqdarda pul mənimsəmişdir. Lakin yoldaşı intihar edərək varını və evlərini Humay Paşayevaya qoymuşdur. Deyilənlərə görə, qızı məhkəmədə hakim köməkçisi işləyir və Humay Paşayeva da bundan istifadə edir. Onun göstərişi ilə 231 saylı məktəbin Həmkarlar Təşkilatının sədri İlhamə Ağayeva, 235 saylı məktəbin Həmkarlar Təşkilatının sədri Cümşüd Novruzov məktəbdə müəllimlərə imza yığdırır ki, BŞTİ tərəfindən tapşırıq verilib, Elza Cəfərovaya qarşı imza toplayın. Hətta valideynlərə belə zənglər etdirirlər. Elza Cəfərova deyir ki, əlimizdə faktlar, sübutlar var. Məktəbdə Müəllimlər Günündə Həmkarlar Təşkilatının sədri tərəfindən 300 manat pul verilib. “Halva” restoranında yeyib-içməyə gedən təşkilatçı isə əsl müəllimlərin 12 nəfərdən ibarət olduğunu deyir. Halbuki, məktəbin ümumi kollektivi 59 nəfərdən ibarətdir.

Qeyd edək ki, son bir neçə gündür bu məsələ ətrafında sosial şəbəkələrdə qızğın müzakirə, hətta deyərdik ki, mübahisə gedir. Dövlət müəssisəsində, təhsil ocağında baş verən qanun pozuntuları, ədalətsizliklər qalıb bir yana, artıq bir qrup müəllim tərəfindən Elza Cəfərovanın XTQ döyüşçüsü olmuş, Şuşa şəhərinin işğaldan azad olunmasında iştirak etmiş, qazi olmuş oğlu Əmir Cəfərov müzakirə obyektinə çevrilib. Məktəbin bəzi müəllimləri sosial şəbəkələrdə Əmir Cəfərovun keçdiyi döyüş yoluna şübhə ilə yanaşan paylaşımlar etməyə başlayayıblar. Müharibə iştirakçısına bu kimi münasibət nə ziyalı adına, nə də insanlığa yaraşan hal deyil. Əmir Cəfərovun silah yoldaşları sosial şəbəkələrdə bir qrup müəllimin bu kimi yanaşmasına ciddi təpki göstərərərək onun hansı çətin yollardan keçdiyini sübut etməyə hazır olduqlarını yazıblar.

Bir qrup müəllim iddia edir ki, güya, Elza Cəfərova oğlunun adından sui-istifadə edir, vəzifəyə can atır. Son dövrlər qazilərin, müharibə iştirakçılarının güya su-istifadə etmələri barədə belə məlumatlara tez-tez rast gəlinir. Cəmiyyətdə artıq haqqını tələb edənlərə sui-istifadə donu geyindirməyə başlayıblar. Çox vaxt da bunu bilirsinizmi kimlər edir? Adını ziyalı qoyanlar. Belə çıxır ki, kimsə hakim köməkçisi olan qızının adından, pulundan, var-dövlətindən sui-istifadə edə bilər, amma müharibə iştirakçısı olmuş, döyüş yolu keçmiş, haqqı olan oğulun anası sui- istifadə edə bilməz? Amma Elza Cəfərova sui-istifadə etsəydi, yəqin indiyə qədər edərdi. Çünki oğlundan əvvəl onun həyat yoldaşı da birinci Qarabağ müharibəsi iştirakçısı olub, qardaşı da müharibə əlilidir.

Mövzuya bir daha qayıdacağıq.

Aktualinfo.org