“RABİTƏBANK” GİZLİ ŞƏRTLƏRİ…İŞÇİLƏRİ DƏ BİLMİR

Gündəm / Cəmiyyət
24 Ock 2023
10:10
“RABİTƏBANK” GİZLİ ŞƏRTLƏRİ…İŞÇİLƏRİ DƏ BİLMİR


Fuad adlı müştəri sosial media hesabında kinayə ilə yazıb ki, “Rabitəbank “gizli şərtlər” bankıdır. Tribunainfo.az-ın xəbərinə görə, vətəndaş işçilərin özünün bundan xəbəri olmadığını hesab edir.
“Bu kampaniya ilə maraqlandım, çünki lazım olur Türkiyəyə pul köçürmək. RabitəMobile-da skrinşotdakı kimi bir bölmə tapmadım, İBAN ilə köçürmə isə yalnız Azərbaycan banklarına aiddir.
Zəng etdim, dedilər ki xarici valyutada cari hesab açılmalıdır. Getdim Nərimanov filialına, onlayn tutduğum növbəni qəbul etmədi aparat, 30 dəqiqə gözləmədən sonra möcüzəvi şəkildə canlı növbəm itdi və keçdi məndən sonrakı insana.
Birtəhər USD valyutasında cari hesab açdım. Və nəticədə RabitəMobile-da eyni mənzərə. Xaricə mümkün deyil. Yenə zəng etdim və nəticədə dedilər ki bu aksiya korporativ müştərilərə aiddir” – şikayətçi qeyd edib.
Onun sözlərinə görə, belə bir çirkli metodlarla reklam yersizdir və qeyri-peşəkardır: “Üstəlik sosial şəbəkələrdə yazdığım rəyləri silirlər. Rabitəbank çoxdan zəifləmişdi müştəri xidmətlərində. Bu “jest” mənim üçün axırıncı oldu”.

Tribunainfo.az