19.05.2023-cü il tarixində TƏBİB tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının mətbəxində çalışan personalın maarifləndirilməsi məqsədilə təlimlər keçirilib
Təlimlər TƏBİB-in Qida və təsərrüfat malları şöbəsinin müdiri Kərəm Əliyev, şöbənin məsləhətçisi Ceyhun Səmədov və “Yeni Klinika”nın aşpaz heyəti tərəfindən keçirilib.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimlərdə Ağcabədi, Beyləqan, İmişli, Şirvan, Sabirabad, Ağdam, Zərdab, Hacıqabul, Saatlı, Biləsuvar, Füzuli, Xocavənd, Kürdəmir rayon mərkəzi xəstəxanalarının qida sahəsi üzrə cavabdeh şəxsləri iştirak edib.
Təlimdə ərzaq məhsullarının qəbulu, saxlanılması, mətbəxə verilməsi, ilkin və isti emalı mövzusunda geniş məlumatlar verilib. Həmçinin müalicəvi yeməklərin hazırlanmasında istifadə edilən ərzaqların düzgün emalının praktiki nümayişi də həyata keçirilib.