Prezident BƏƏ-nin Bakıdakı səfirliyində olub

Siyasət
16 May 2022
10:34
Prezident BƏƏ-nin Bakıdakı səfirliyində olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Korrupsiyaxeber.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.