Sahibkar qazansın, fəhlə canından olsun !- Nizami rayonunda qorxulu mənzərə... VİDEO

Gündəm / Sosial
19 May 2026
11:19
Sahibkar qazansın, fəhlə canından olsun !- Nizami rayonunda qorxulu mənzərə... VİDEO

Redaksiyamıza daxil olan video görüntülərdə “Məmməd Səid Ordubadi 2A” ünvanında — 7 saylı doğum evinin qarşısında aparılan tikinti işləri zamanı fəhlələrin həyatının ciddi təhlükə altında olduğu görünür.

Kadrlarda iki nəfərin 14-cü mərtəbədə armaturların üzərinə çıxaraq heç bir təhlükəsizlik qaydasına əməl etmədən çalışdığı əks olunub. Belə ki, fəhlələrin üzərində təhlükəsizlik kəməri, kaska və digər qoruyucu vasitələrin olmadığı görünür.

Görüntüləri redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, ərazidə tikinti aparan “MTK” barədə məlumat lövhəsi də yerləşdirilməyib.

Aidiyyəti qurumların məsələ ilə bağlı araşdırma apararaq insan həyatını təhlükəyə atan hallara hüquqi qiymət verməsi tələb olunur.

“Millisfera.az”