AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video

Gündəm / Cəmiyyət
15 Haz 2026
14:27
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video

AZAL bir neçə gündür ki, Naxçıvana gedib-gələnlərə işgəncə verir. Anaxeberinfo.az-a verilən məlumata görə, xüsusən də muxtar respublikadan Bakıya qayıdanlar aeroportda bilet tapmırlar. Vətəndaşlara heç bir səbəb göstərilməsə də, kassalardan bilet almaq müşkülə çevrilib. Sərnişinlər deyirlər ki, yüksək vəzifəli şəxslərə və onların qohumlarına gizli şəkildə bilet tapılır, amma sadə vətəndaşlara gələndə qəhətə çıxır. Bu da günlərlə Naxçıvan aeroportunda böyük ajiotaja səbəb olmaqdadır. İnsanlar saatlarla, günlərlə gözləmək məcburiyyətində qalır.
Bundan əlavə,
Azərbaycan Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə alınan biletlərin reysləri ləğv olunub. Mənbənin məlumatına görə, ləğv olunan reyslərdən sonrakı reyslərin sərnişinləri yola salınsa da, əvvəlki tarixə olan biletlərin taleyi müəmmalı qalıb. Rəsmi mənbələr bildirib ki, Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Amma bərpa olunan reylərdə keçmiş tarixə biletləri olan sərnişinlərin uçuşla təmin olunmaması anlaşılan deyil. Bir sözlə, cəmi 1 saatlıq uçuşa görə vətəndaşlara zülm olunur. Eyni zamanda, vətəndaşları narazı salan xüsusi səbəb odur ki, AZAL tərəfindən Naxçıvan hava limanında bəzi şəxslərə bilet tapılması mümkündürsə, deməli, problem süni şəkildə yaradılıb.
Anaxeberinfo.az