Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR

Gündəm / Sosial
29 Eyl 2026
11:39
Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR

Ağdam sakini Afaq Knyaz qızı Zeynalova Xocalı rayonunda təmir-bərpa işlərində 8 ay usta kimi çalışdığını, lakin işlədiyi müddətə görə əməkhaqqının ödənilmədiyini bildirir.

Bizimesr.info bildirir ki, şikayətçi Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində qeyd edib ki, aylardır əməyinin qarşılığını ala bilmir. Onun sözlərinə görə, şirkətdən ona 41 manatdan artıq məbləğdə ödəniş edilməlidir.

Afaq Zeynalova bildirib ki, məsələ ilə bağlı Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti rəhbərliyinə də müraciət edib. Lakin müraciəti ilə bağlı hər hansı müsbət cavab verilməyib.
Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR

Şikayətçi müraciətində məsələnin araşdırılmasını və əməyinin qarşılığında ona ödənilməli olan vəsaitin verilməsini xahiş edib.

Qeyd edək ki, “Bəyaz İnşaat” MMC və şirkətin rəhbəri olduğu bildirilən Yusif Yusifli ilə bağlı əvvəlki illərdə də müxtəlif şikayətlər səsləndirilib. Xüsusən Xocavənd rayonunda görülən işlərə görə ödənişlərin edilməməsi ilə bağlı iddialar mediada yer alıb.

Ötən gün isə xanım əlinə kəsici alət alaran özünə qəsd edəcəyini və pulunu verilməsini istəyib.