"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...

Gündəm / Dünya
16 Ekm 2026
11:11
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...

Laçın rayon sakini Mehbarə Həsənova bildirir ki, məcburi köçkün olduğu üçün Xocalı rayonunun Xanabad kəndində mənzillə təmin edilib. Lakin şikayətçinin sözlərinə görə, ona verilən ev yaşayış üçün tamamilə yararsız vəziyyətdədir.

"DİA-AZ"ın məlumatına görə, vətəndaş qeyd edir ki, mənzildə istilik, su və kanalizasiya sistemləri işləmir. Divar kağızları sökülərək tökülür, hamam otağının tavanı isə çöküb. Şikayətçi bu vəziyyətin ailəsinin yaşayışını çətinləşdirdiyini bildirir.

Mehbarə Həsənova problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, indiyədək müraciətlərinin nəticəsiz qaldığını deyir. Şikayətçi aidiyyatı qurumlara müraciət edərək mənzilin təmir olunmasına və normal yaşayış şəraitinin yaradılmasına kömək göstərilməsini xahiş edir.