Sabiq gömrük rəisi Kənan Məmmədovun “Villa Badam” macərası
Gündəm / Sosial
1 May 2026
14:24
Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Kənan Məmmədovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumata görə, sabiq gömrük məmuru, adı hər zaman ölkə mediasıdna müxtəlif qalmaqallarda hallanan Kənan Məmmədov Villa Badam deyilən ərazidən dəyəri 600-800 min manat olan bir neçə ev alıb. Bununla kifayətlənməyən keçmiş gömrük generalı, əlaqə və maddi üstünlüyündən istifadə edərək Villa Badam kompleksində “zəif bənd” hesab etdiyi şəxsləri sıxışdırmağa başlayıb. Artıq həmin şəxslərdən bəzisinin Kənan Məmmədov tərəfindən məhkəməyə verildiyi bildirilir.